`Atəşin dərhal dayandırılması lazımdır` - Uorlik

`Atəşin dərhal dayandırılması lazımdır` - Uorlik
  06 Aprel 2016    Oxunub:1690
`Atəşin dərhal dayandırılması və hərtərəfli danışıqların aparılması lazımdır`
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak etmək üçün regiona yola düşüb. Görüşlərin sabah aprelin 6-da Bakıda baş tutacağı planlaşdırılıb.

“Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya gətirəcək danışıqlar gərəkdir. Baş tutacaq görüşlərdə iştirak etmək üçün hazırda Bakıya doğru yoldayam”, - diplomat yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti