Rusiya `üçlük` formatının dəyişməsini istəmir

“ATƏT və BMT TŞ-nin qərarlarında təsdiqini tapmış Üçlük formatı ən təsirlidir və korrektəyə ehtiyac yoxdur. Düşünürəm ki, mürəkkəb nizamlanma proseslərini daha da çətinləşdirəcək cəhdlər tamamilə səmərəsizdir”, - deyə diplomat vurğulayıb.
“Əminik ki, kompromisli qərarın irəliləməsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin köməyinə gərək var. Vasitəçi səylərin səmərəliliyi isə hər şeydən əvvəl münaqişə tərəflərinin özlərindən, masa arxasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün o siyasi iradədən asılıdır”, - deyə Lukaşeviç bildirib.
O əlavə edib ki, gücdən istifadə sülh dialoquna istənilən halda alternativ ola bilməz.
Eldar Tanrıverdiyev
AzVision.az