Erməni tərəfinin etirafı: 3 min nəfər Qarabağdan qaçıb

 Erməni tərəfinin etirafı: 3 min nəfər Qarabağdan qaçıb
  06 Aprel 2016    Oxunub:8266
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan bölməsi qondarma “Dağlıq Qarabağ Respublikası”na yardımlar ayırmağa başlayıb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, təşkilatın İrəvan bölməsinin rəhbəri Zara Amatuni Dağlıq Qarabağdan 3 min erməninin qaçqın düşdüyünü deyib.

“Hazırki məlumata görə, azı 3 min Qarabağ ermənisi öz evini tərk edib. Bizim Xankəndindəki 15 əməkdaşımız və İrəvandan göndərdiyimiz daha 3 nəfər onlara yardım edir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti