Müğənnilərə xəbərdarlıq: `Aldığınız pulu gizlətsəniz...`

Müğənnilərə xəbərdarlıq: `Aldığınız pulu gizlətsəniz...`
  06 Aprel 2016    Oxunub:3250
“Restoran və şadlıq evlərinə kameraların quraşdırılması prosesi başa çatıb”.
AzVision.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, bu qəbildən olan obyektlərə qeydiyyat kitablarının paylanması prosesi yekunlaşıb: “Müğənnilər qeydiyyat kitabında toya nə vaxt gəldiyini və getdiyini, o cümlədən aldığı qonorarın məbləğini qeyd etməlidirlər. Əgər bu məlumatı müğənni qeyd etmirsə, restoran və obyektlərin administratorları cavabdehlik daşıyacaq. Vergilər Nazirliyi müğənnilərin verdikləri bəyannamə ilə qeydiyyat kitabında qeyd elədiyi məlumatları tutuşduracaq. Bundan sonra nəzarət tədbirləri başlayacaq.

Bu ilin yanvarın 1-ə vergi ödəyicilərinin 2,4 mlrd. manat borcu var idisə, bu ilin aprelin 1-ə bu göstərici 1,6 mlrd. manat təşkil edib” - deyən Sahib Ələkbərov vurğulayıb ki, vergi ödəyicilərinin borcu 30 faiz azalıb: “Bu borcun azalması vergi ödənişlərinin edilməsi, bəzi hallarda vergi borcunun silinməsi hesabına baş verib”.

Şəhanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti