`Azərbaycan önəmli yüksəklikləri ələ keçirib` - Şahnazarov

O, Azərbaycan ordusunun bəzi yüksəklikləri işğaldan azad etməsini etiraf edib: “Onlar bir neçə yüksəklik və postları ələ keçirə bilib. Həmin postlar bizim üçün çox önəmli idi. Biz o yüksəklikləri Azərbaycandan geri ala bilmədik”.
Şahnazarov, həmçinin qeyd edib ki, döyüşlər gedən 4 gün ərzində erməni tərəfi 50 əsgərini itirib: “20-30 hərbçimiz itkin düşüb, 100-dən çox yaralı var”.
İlkin Nəcəfzadə
AzVision.az