Sarkisyan Almaniyada etirazla qarşılandı - FOTOLAR (VİDEO)

Sarkisyan Almaniyada etirazla qarşılandı - FOTOLAR (VİDEO)
  06 Aprel 2016    Oxunub:5067
Ermənistan prezidenti Serj Sarkisyana qarşı Almaniyanın paytaxtı Berlində etiraz aksiyası keçirilib.

AzVision.az xəbər verir ki, Berlində Ermənistan prezidentinin səfərinə etiraz olaraq yüzlərlə azərbaycanlı ayağa qalxıb. Almaniyanın baş nazirlik binasının qarşısında əllərində Azərbaycan bayraqları, həmçinin, ingilis və alman dillərində hazırlanmış şüarlarla Ermənistan prezidentini protest edən etirazçılar onun Qarabağda, Xocalıda soyqırımı törətdiyini, uşaq qatili olduğunu vurğulayıb, Qarabağın Azərbaycan torpaqları olduğuna dair şüarlar səsləndiriblər.

Minə yaxın həmyerlimiz Almaniya baş naziri Angela Merkellə görüş öncəsi Ermənistan prezidenti əleyhinə aksiya keçirib. Aksiyada həmçinin, "Sarkisyan terrorist!" şüarları səsləndirilib.



AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti