`Rusiya Qarabağ münaqişəsində tərəf tutur` - Ərdoğan

`Rusiya Qarabağ münaqişəsində tərəf tutur` - Ərdoğan
  06 Aprel 2016    Oxunub:3080
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Azərbaycanı müharibəyə təhrik edir” kimi Rusiya tərəfindən səslənən fikirlərə cavab verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan rəsmi Moskvanı hər zaman tərəf tutmaqda ittiham edib:

“Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf axtarılacaqsa, ən önəmli tərəf Rusiyadır. Çünki, Rusiya tərəf olmağı sevir. Ukraynada və Gürcüstandakı münaqişədə tərəf olan Rusiya indi də Suriyada tərəfdir. Rusiya “Suriya bizi çağırdı, ona görə getdik” deyir. Məni aldada bilməzsən. Niyə zalımın yanında yer alırsan? Məzlumun yanında yer al”.

Ərdoğan bildirib ki, son zamanlar Dağlıq Qarabağda yaranan gərginliyə görə, günahkar Ermənistandır: “Ümidvaram ki, Azərbaycanın atdığı addımları Ermənistan da atacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti