`ABŞ Qarabağda zorakılığı qınayır` – Sekuta

`ABŞ Qarabağda zorakılığı qınayır` – Sekuta
  06 Aprel 2016    Oxunub:2053
ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığı qınayır.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

"Qarabağa, işğal edilmiş ərazilərə gəlincə hamınız bilirsiniz ki, ABŞ orada olan zorakılığı qınayır. Biz ölənlərə görə dərin başsağlığımızı bildirdik", - deyə Sekuta qeyd edib.

ABŞ səfrinin sözlərinə görə, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarıının bundan sonra axtarışı üçün mexanizm olan ATƏT-in Minsk qrupunun cəlb edilməsinin vacibliyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti