`Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur` - Merkel

`Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur` - Merkel
  06 Aprel 2016    Oxunub:3369
`ATƏT-ə sədrlik edən ölkə kimi Almaniya münaqişənin nizamlanmasına görə məsuliyyət daşıyan Minsk qrupunu xüsusi formada dəstəkləyir`.

AzVision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə keçirdiyi mətbuat konfransnda bildirib.

Merkel Dağlıq Qarabağ regionunda cərəyan edən sonra hadisələrin narahatlıq doğurduğunu bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın münaqişəsinin nizamlanması prosesində son illər heç bir irəliləyiş yoxdur: “Danışıqlar prosesində irəliləyişə nail olmaq olduqca vacibdir. Son illər bu istiqamətdə olduqca az irəliləyiş görürük”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti