Yaponiyadan Azərbaycana Qarabağ dəstəyi
Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həlli Cənubi Qafqazda sülh və stabilliyin bərqarar olması üçün çox vacib şərtdir.
Yaponiya ATƏT-in Minsk qrupunun bu münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir və münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə ümid edir.
Bəyənata əlavədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verilir. Qeyd edilir ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə obyekti olan Dağlıq Qarabağ Vilayəti Azərbaycan ərazisidir. 1991-ci ildə, Sovet İttifaqının dağılması ərəfəsində əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan vilayət Ermənistana birləşdirilməsini tələb edib və bu, Ermənistanla Azərbaycan arasında silahlı münaqişə həddinə çatıb.
Hərbi əməliyyatlar nəticəsində 1993-cü ildə Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz daxil olmaqla Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Rusiya və ATƏT-in iştirakı ilə 1994-cü ildə tərəflər arasında atəşkəs barədə razılıq əldə edilib. 1999-cu ildən başlayaraq, ATƏT-in Minsk qrupunun iştirakı ilə Ermənistan və Azərbaycan arasında münaqişənin tam həlli üçün iki ölkənin liderləri, xarici işlər nazirləri və digər səviyyələrdə danışıqlar davam edir. (Azərtac)