PKK Qarabağa 400 terrorçu göndərib - Türkiyə mətbuatı

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, cəbhə xəttində gərginliyin artdığı vaxtda PKK qruplaşması ermənilərə dəstək olmaq üçün işğal altında olan Azərbaycan torpaqlarına 400 terrorçu göndərib.
Terrorçuların İraq və Suriya düşərgələrindən Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir.
Məlumatlara görə, PKK-nın Ermənistana hərbiçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir.
PKK-nın Suriya qanadı olan PYD-nin tərkibində 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.
Terrorçular Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli bölgəsində yerləşdirilib.
Hafiz Əhmədov
AzVision.az