`Kardaşyan bacardığı işlə məşğul olsun` - Səfir

“Mən, məsələn, realiti-şou üçün çox pis ulduz olardım, ona görə də bilmədiyim mövzularda müzakirəyə girmirəm. Mən Kardaşyanın hərbi və ya siyasi analitik olduğundan da əmin deyiləm. Kim hansı işi daha yaxşı bacarırsa, o işlə məşğul olsun”, - səfir bəyan edib.
Xatırladaq ki, Kim Kardaşyan daha öncə Ermənistanı Qarabağ münaqişəsində dəstəkləmişdi. O, öz İnstaqram səhifəsində “Ermənistanda və bütün dünyada olan ermənilər üçün dua edirəm” yazmışdı.