Xəzərin statusu həll edilir - Lavrovdan önəmli açıqlama

Onun sözlərinə görə, hazırda Konvensiya üzərində irəliləyiş var: “Uzun illərdir ki, mübahisəli qalan bir sıra məsələlərin ekspertlər səviyyəsində həlli gözlənilir. Detallara varmadan deyə bilərəm ki, iki və ya üç həll edilməmiş vacib məsələ qalır.
Ekspertlər səviyyəsində növbəti görüş keçiriləcək, sonra isə yayda “Xəzər beşliyi”nin xarici işlər nazirlərinin toplantısı olacaq. Həmin zaman sammitin keçirilməsi və konvensiyanın imzalanması üçün nə qədər vaxt lazım olacağını anlaya biləcəyik”, - deyə S. Lavrov əlavə edib.
AzVision.az