Həmsədrlər işğalçılarla görüşdə sülhə çağırış etdi

Həmsədrlər separatçılarla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacib olduğunu qeyd ediblər.
“Həmsədrlər münaqişənin dinc yolla həllinin zəruriliyini bir daha təsdiq edərək, bu istiqamətdə gələcək addımların perspektivlərini müzakirə ediblər”, - deyə KİV bildirir.
Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
AzVision.az