Düşmən itkilərinin bir qismini etiraf etdi

“Aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş və sıravi olmaqla 36 hərbçi ölüb. Bundan başqa, 24-ü zabit olmaqla 122 nəfər yaralanıb”, - deyə o bildirib. İşğalçı ordunun nümayəndəsi bildirib ki, ölənlərdən 4-nün meyiti bu gün döyüş meydanından tapılıb: “Onlar bu vaxtadək itkin düşmüş hesab edilib”.
Arustamyan əlavə edib ki, 21 erməni hərbçisi itkin düşmüş hesab edilir.
Qeyd edək ki, erməni tərəfi bundan əvvəl 20 hərbçisinin öldüyünü, 72 nəfərin isə yaralandığını elan etmişdi. (Apa)