Xankəndində güclü partlayışlar olub - KİV

Bu barədə RİA Novosti məlumat yayıb. Agentliyin həmsədrlərin Xankəndi səfərini izləyən müxbiri bildirib ki, partlayışlarla yanaşı şəhərin kənarından pulemyot səsləri də eşidilib.
Həmsədrlərin görüşlərinin başa çatmasını gözləyən çoxsaylı jurnalistlər qaranlıqda işıq saçan pulemyot güllələrinin uçuşunu öz kameralarına çəkiblər. Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmayıb.
Hadisə ilə bağlı açıqlama verilməyib.
AzVision.az