Sarkisyan Lukaşenko və Nazarbayevdən inciyib

Sarkisyan Rusiyanın Azərbaycana silah satmasından narahat olduğunu deyib. O, qeyd edib ki, Dağlıq Qarabağda baş verən döyüşlərdə Azərbaycan ordusu son illər ərzində Rusiyadan aldığı müasir silahlardan istifadə edib.
Daha sonra Serj Sarkisyan açıq şəkildə Qazaxıstan və Belarus liderlərini Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilməsi nəzərdə tutulan görüşə məhəl qoymamaqda ittiham edib.
“Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən bəzi tərəfdaşlarımızın İrəvana əvvəlcədən planlaşdırılmış tədbirə gəlmədiklərinə təəssüflənirəm. Onlar Avrasiya İqtisadi İttifaqın iclasına məhəl qoymayıblar. Bilmirəm onlar bununla Azərbaycana nə qədər kömək etdilər, amma bizim təşkilatın nüfuzuna dəqiq xələl gətirdilər. Bu birmənalı şəkildə belədir”.
Həmkarının onun fikirlərini ciddiyə almadığını görən Serj yenidən Qarabağ kartını ortaya atıb: “Biz, əlbəttə ki, böyük xəyallara qapılmadan, Minsk qrupunun həmsədrlərindən və müttəfiqlərimizdən ünvanlı bəyanatlar və konkret addımlar gözləyirik. Çünki ikinci cəhd düşünürəm ki, genişmiqyaslı əməliyyata gətirib çıxaracaq”.
Bu qədər şikayətlərin əvəzində Dmitri Medvedev ümumi sözlərdən istifadə ediərək Serji sakitləşdirib.
İlkin Nəcəfzadə
AzVision.az