Tərəflər razılaşdı – Hərbçilərin meyitləri götürüləcək

Tərəflər razılaşdı – Hərbçilərin meyitləri götürüləcək
  08 Aprel 2016    Oxunub:5235
Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti