Sarkisyan Azərbaycanı "DQR" ilə şantaj edir

Sarkisyan Azərbaycanı "DQR" ilə şantaj edir
  08 Aprel 2016    Oxunub:3715
“Münaqişənin nizamlanmasını çətinləşdirməmək üçün Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan bildirib.

“Cəbhədə gərginliyin azadılması üçün Ermənistan nə edib? sualına Sarkisyan “İrəvan mümkün olan hər şeyi edib” deyə qısa cavab verib.

“Əgər Ermənistan bu gün Dağlıq Qarabağın müstəqilliyini tanısaydı, bu bizim münaqişənin nizamlanması prosesindən imtina etməyimiz anlamına gələrdi. Əgər biz Qarabağın müstəqilliyini tanısaq, onda danışıqlarda daha nəyi müzakirə edəcəyik? Biz münaqişənin nizamlanmasını çətinləşdirməmək üçün Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayacağıq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti