Qarabağda vəziyyət pisləşsə, ATƏT xüsusi iclas keçirəcək

Qarabağda vəziyyət pisləşsə, ATƏT xüsusi iclas keçirəcək
  08 Aprel 2016    Oxunub:2769
“Hazırda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında verdiyi töhvə effektlidir”.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zanyer deyib. Onun sözlərinə görə, bu töhvə münaqişənin həllində yeni danışıqalar prosesini şərtləndirəcək:

“Düşünürəm ki, Rusiyanın hazırda problemin həllində verdiy töhvə danışıqlar fazasında yeni mərhələ açacaq və bu da öncəki danışıqlardan konstruktiv olacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri regiondan hesabat üçün əvvəlcə Berlinə, bir neçə həftə sonra isə ATƏT-in Vyanadakı Katibliyinə gedəcək” - deyən Baş katib qeyd edib.

Lamberto Zanyer daha sonra həmsədrlərin regiona səfərindən söz açıb: “Həmsədrlər hazırda regiondadırlar və atılmalı olan növbəti addımları müəyyənləşdirmək və nə etməyin lazım olduğunu görmək üçün lazımi qədər orada qalacaq. Sonra həmsədrlər fəaliyyətdə olan sədrə hesabat verməlidirlər. Odur ki, onların ilk əvvəl Berlinə gedəcəyini düşünürəm. Vyanaya - Katibliyə nə vaxt gələcəklərinə isə özləri qərar verəcək”.

L. Zanyer qeyd edib ki, Daimi Şuranın Minsk qrupu həmsədrlərinin iştirakı ilə yeni xüsusi iclası onlar regiondan qayıtdıqdan sonra baş tutacaq: “Təbii ki, orada vəziyyət pisləşsə, biz xüsusi iclas keçirəcəyik. Lakin həmsədrlər geri qayıdanədək heç nə planlaşdırılmır”.

Baş katib qeyd edib ki, Dağlıq Qarabağda vəziyyət pisləşsə, ATƏT xüsusi iclas keçirəcək: “Vəziyyət pisləşsə, ATƏT Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni xüsusi iclas keçirməyə hazırdır. Bildiyiniz kimi, təşkilatın aprelin 4-də artıq xüsusi iclası keçirilib. Daimi Şura da hər həftə iclas keçirir və bütün məsələləri müzakirə edir. Dünən Daimi Şura Dağlıq Qarabağ məsələsini müzakirə edib. Növbəti həftə də bu məsələni yenə müzakirə edəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti