Fidel Kastro ictimaiyyət arasına çıxdı

Fidel Kastro ictimaiyyət arasına çıxdı
  08 Aprel 2016    Oxunub:2899
Kuba inqilabının lideri Fidel Kastro 9 ayda ilk dəfə olaraq ictimaiyyət qarşısında görünüb.
Interfax xəbər verir ki, Kuba milli televiziyası 89 yaşlı Fidel Kastronun 2013-cü ildə açılan Vilma Espin adına təhsil kompleksində məktəblilərlə görüşünü yayımlayıb.

Görüşə ənənəvi olaraq idman kostyumu ilə gələn Kastro “Azadlıq adasında” ödənişsiz təhsil sisteminə xüsusi diqqət ayırıb. O, həmçinin uşaqlar və müəllimlərlə sağlamlıq və qidalanma mövzularını da müzakirə edib.

Kuba inqilabının lideri son dəfə 9 ay bundan əvvəl də ictimaiyyət qarşısında görünmüşdü. Həmin vaxt televiziya efirində onun Kuba silahlı qüvvələrinin əməkdaşları ilə görüşü yayımlanmışdı.

Xatırladaq ki, 90 yaşını qeyd etməyə hazırlaşan Fidel Kastro 2008-ci ildə ölkə rəhbəri vəzifəsindən gedərək bu postu qardaşı Raula verib.




Teqlər:





Xəbər lenti