İrəvanda Minsk qrupunu tamaşa gözləyir - FOTO

İrəvanda Minsk qrupunu tamaşa gözləyir - FOTO
  08 Aprel 2016    Oxunub:4446
Ermənistan ordusunun Qarabağdakı döyüşlərdə ağır itkilərə məruz qalması, silahlı qüvvələrin gücsüzlüyünün ifşası ölkə daxilində siyasi vəziyyətin gərginləşməsinə səbəb olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəbhədəki məğlubiyyətdən hiddətlənən bir qrup şəxs `düşmən ölkənin təbliğatına` (Azərbaycan nəzərdə tutulur - red.) və beynəlxalq təşkilatlara qarşı etiraz aksiyası keçirəcək.

Ermənilər paytaxt İrəvanda aksiya keçirmək üçün sosial şəbəkələrdə “event” yaradıblar:

“Nümayiş ATƏT-in Minsk qrupu həmsədrlərinin səfəri ilə eyni vaxta düşür. Bu həmçinin ATƏT-in Minsk qrupunun, Rusiya, ABŞ, Fransa, İsrail, KTMT, Avrasiya İttifaqı, ATƏT, Avropa Birliyi və ATƏT-ə üzv ölkələrinin ikiüzlülüyünün göstəricisidir.

Odur ki, biz hər kəsi 9 aprel tarixində saat 19:00-da “Respublika” meydanında gözləyirik. Meydana gələnlərdən özləri ilə bayraq, lövhə, işıq gətirməyi xahiş edirik”,-deyə müraciətdə bildirilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti