Putinlə Nazarbayev yenidən Qarabağı müzakirə edib

Putinlə Nazarbayev yenidən Qarabağı müzakirə edib
  08 Aprel 2016    Oxunub:2256
Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefon danışığı zamanı Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik addımlarını müzakirə edib.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

Qeyd edək ki, Nazarbayev və Putin aprelin 6-da da son günlər təmas xəttindəki vəziyyət və onun dinc yolla tənzimlənməsi üsullarının axtarışı barədə fikir mübadiləsi aparıblar.

“Putin vəziyyətin normallaşdırılmasına kömək məqsədi ilə Rusiya tərəfinin vasitəçilik addımları barədə məlumat verib”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti