`Azərbaycana silah satacağıq` - Rusiyadan Sarkisyana cavab

AzVision.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın Azərbaycana silah satmağı ilə bağlı narahatçılığına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək:
“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, 2015-ci ilin əvvəllərində Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın “Rosoboroneksporte” şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək.
Eldar Tanrıverdiyev
AzVision.az