Kiyevdə ermənilərə qarşı kütləvi etiraz

Kiyevdə ermənilərə qarşı kütləvi etiraz
  08 Aprel 2016    Oxunub:2656
Aprelin 8-də Ukraynada fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının təşəbbüsü ilə kütləvi etiraz aksiyası keçirilib.
Kiyevdəki Ermənistan səfirliyi qarşısında toplaşan fəallar “Erməni təcavüzünə son qoyulsun!” şüarı səsləndiriblər.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər İttifaqından məlumat verilib.

Aksiya Dağlıq Qarabağ və ətraf rayonlardakı qoşunların təmas xəttində erməni silahlı birləşmələrinin son təxribat əməllərinə etiraz əlaməti olaraq keçirilib.

Gənclərimiz Prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinin şücaətlə döyüşən əsgər və zabitlərinə tam dəstək ifadə ediblər.

Kütləvi küçə yürüşünün iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”, “Ermənilər, Qarabağdan rədd olun!” və s. vətənpərvər şüarlar səsləndiriblər. Onlar əllərində Azərbaycan, Ukrayna və ingilis dillərində “Erməni təcavüzü dayandırılsın!”, “Ermənistanın dəstəklənməsi – terrorizmin dəstəklənməsidir!”, “Azərbaycanlıların soyqırımına yox!” , “Mən Qarabağdakı evimə dönmək istəyirəm!” və digər plakatları tutublar. Aksiya iştirakçıları başları üzərinə Azərbaycan, Türkiyə və Ukraynanın dövlət bayraqlarını qaldırıblar.

Sonda azərbaycanlı nümayişçilər Ermənistan səfirliyinin girişi önünə “hədiyyə” çantaları qoyublar. Bu “hədiyyə” ermənilərin tələsik yığışıb Azərbaycanın işğal etdikləri ərazilərindən qaçıb canlarını qurtarmasına işarə olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti