Rusiyalı diplomat Qarabağa görə ATƏT-i ittiham etdi

O, Qarabağdakı hadisələrlə bağlı münaqişə tərəflərini birbaşa danışıqlara çağırıb. Qeyd edib ki, Dağlıq Qarabağda münaqişənin həlli ilə məhz ATƏT məşğul olmalıdır, bütün digər təşkilatlar sadəcə köməklik edə bilər.
"Qarabağda baş verən hadisə həqiqətən real münaqişədir və bununla yalnız bizim təşkilat məşğul ola bilər. Odur ki, hər iki tərəfdə baş verən münaqişəyə görə ATƏT 100% məsuliyyət daşıyır.
İndi hansısa perspektivlər haqqında danışmaq çətindir. İndi əsas məsələ tərəfləri atəşkəsi qoruyub saxlamağa və danışaqlara başlamağa inandırmaqdır. Rusiyanın baş naziri Dmitri Medvedevin dünən İrəvanda dediyi kimi, danışıqlıqlar üçün mövcud olan hazırkı fon o qədər də ürəkaçan deyil. Baxmayaraq ki, ən ağır illərdə, 90-cı illərdə belə ATƏT təmas xəttinddə atəşkəs rejiminin elan edilməsinə nail ola bilmişdi", - deyə Lukaşeviç vurğulayıb.
AzVision.az
Teqlər: