`Azərbaycan xalqının yanındayıq` - İraq türkmənləri

“İraq Türkmənləri hər zaman Türk dünyasının bir parçası olub və tarix boyu döyüşüb. Yüz il öncə bizim ulu babalarımız türk ordusu sıralarında Azərbaycan torpaqlarını müdafiə edərək şəhid olublar. Bu gün biz Azərbaycan xalqının və dövlətinin yanındayıq”, deyə “Türkmən döyüşçülər birliyinin” rəhbəri Əhməd Yılmaz bildirib.
Təşkilatın üzvü Yunus Bayraktar Kərkükü İŞİD-dən qoruduqları kimi Azərbaycanın müdafiəsində də iştirak etməyə hazır olduqlarını bildirib: “Türkmən döyüşçüləri olaraq torpaqlarımızı burada qoruyuruq, lakin Azərbaycan torpağı uğrunda da şəhid olmağa hazırıq. Hər zaman azərbaycanlı soydaşlarımızın yanındayıq". (Apa)