`Qarabağda gücün tətbiq olunması yolverilməzdir` – Lavrov

`Qarabağda gücün tətbiq olunması yolverilməzdir` – Lavrov
  09 Aprel 2016    Oxunub:1803
Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Edvard Nalbandyan Dağlıq Qarabağ bölgəsində vəziyyətin gərginləşməsini müzakirə edib.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

Lavrov vurğulayıb ki, cəbhədə vəziyyət gərginləşməyə başlayan kimi Rusiya atəşkəsin dayandırılması ilə bağlı tədbirlər görməyə başlayıb. Münaqişə zonasında gücün tətbiqinin yolverilməz olduğunu bildirən Lavrov, atəşkəs rejiminin tətbiq olunması haqqında razılaşmaya əməl etmənin vacib olduğunu bildirib.

Lavrov, həmçinin Nalbandyanı Bakıda baş tutan Rusiya-Azərbaycan görüşləri barədə də məlumatlandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti