Dünya Azərbaycanın vahiməli silahından danışır - VİDEO

AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraph” agentliyi yazır.
Qəzet vurğulayıb ki, Azərbaycan qüvvələri düşmənlə döyüşdə İsrail istehsalı olan pilotsuz uçan aparatı tətbiq edib. Bu raket hədəf axtarışında 6 saat uça bilir.
Ermənistan Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, pilotsuz uçan aparat avtobusa çırpılıb və 7 nəfəri öldürüb.
İlk olaraq bu əməliyyat barədə “Washington Post” məlumat yayıb.
Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun analitiki Cozef Dempsi qeyd edib ki, bu “Harop” təyyarəsi ola bilər.
YouTube-də yayımlanan videoda pilotsuz aparat havadan hədəfə tərəf şığıyır. Daha sonra o, dağların arxasında yox olur.
Azərbaycan – İsrail və Hindistan ilə “Naqor” istifadə edən üç ölkədən biridir, qəzet qeyd edir.
Eldar Tanrıverdiyev
AzVision.az