`Erməni dostumu reklam edirəm` - Rusiya XİN-in rəsmi təmsilçisi (FOTOLAR)

`Erməni dostumu reklam edirəm` - Rusiya XİN-in rəsmi təmsilçisi (FOTOLAR)
  09 Aprel 2016    Oxunub:11145
Mariya Zaxarovanın adı azərbaycanlı oxucuya da yaxşı tanışdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi olan bu xanım tez-tez politoloji şərhləri və təhlillərilə də gündəmdə olur.

Zaxarovanı bəzən “Rusiyanın Cen Psakisi” adlandırılar.

XİN-in İnformasiya və Mətbuat Departamentinin rəhbəri olmuş bu xanımın hazırkı vəzifəsinə həm də Nazirliyin sosial şəbəkədəki rəsmi hesablarını kurasiya etmək daxildir.

Tez-tez müxtəlif tok-şoularda da gördüyümüz bu diplomat xanımın ermənilərin dostu olduğu üzə çıxıb.



Bu da restoranın şəkilləri:



O, özü facebook profilində “erməni dostum” deyə təqdim elədiyi Taş Sarkisyanın restoranına gedib, oradan şəkillər paylaşıb və erməni dostunun uğuruna sevindiyini, onu reklam etdiyini bildirib.



Bu da həmin dostun facebook profili:



Əlavə edək ki, Zaxarova Rusiyanın maraqlarını aktiv müdafiə edən bir diplomatdır. O, televiziya verilişlərinin birində ukraynalı qonağı “Siz Rusiya `Qrad`larının nə olduğunu doğrudan görə bilərsiniz” deyə hədələyəndən sonra məşhurlaşmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti