Medvedev Ermənistanın narazılığına məhəl qoymadı

“Ovik Abraamyan və Dmitri Medvedevin görüşündən sonra “Paravon” restoran kompleksində baş tutan naharda nazirlər Vaçe Qarnielyan, David Arutyunyan, Levon Yolyan da olub. Daha sonra Medvedev Tsrukyanın “Multi Qrant” otelində gecələyib. Nahara qədər Abraamyan ona Azərbaycanın hərbi əməliyyatlara Rusiya silahlarını istifadə edərək başladığını deyib, amma rusiyalı baş nazir susaraq mövzudan yan keçib”, - qəzet yazıb.
Eldar Tanrıverdiyev
AzVision.az