`Fənərbağça`dan Qarabağa dəstək

`Fənərbağça`dan Qarabağa dəstək
  09 Aprel 2016    Oxunub:1770
Türkiyənin “Fənərbağça” klubu petisiya layihəsində Azərbaycana dəstəyini ifadə edib.
AzVision.az xəbər verir ki, məlumat klubun rəsmi “facebook” səhifəsinə də yerləşdirilib. İstanbul təmsilçisinin “Facebook” hesabında deyilir:

“Fənərbağça ailəsi olaraq qardaşımız Azərbaycanı dəstəkləmək üçün başlanan kampaniyaya bir imza da biz atırıq”.

Qeyd edək ki, kampaniyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu tərk etməsini tələb edirlər. Bildirilir ki, Minsk qrupunun üzvləri sözügedən problemlə bağlı hələ ki, hər hansı müsbət rol oynamayıblar.

Bu səbəbdən AŞPA məsələnin tənzimləməsində ədalətli davranmalı, regiondakı faciənin qarşısını almalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti