`Rusiya Azərbaycana silah satmağı dayandırsa…` - Medvedyev

`Rusiya Azərbaycana silah satmağı dayandırsa…` - Medvedyev
  09 Aprel 2016    Oxunub:3886
“Əgər Rusiya Ermənistan və Azərbaycana silah satışını dayandırarsa, onun yerini başqa ölkələr tutacaq”.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev “Rossiya 1” kanalına müsahibəsində bildirib.

"Bir dəqiqəlik təsəvvür edək ki, Rusiya bu roldan imtina edib. Biz axı yaxşı bilirik ki, bu yer boş qalmayacaq. Onlar digər ölkələrdən silahlar alacaqlar. Lakin bu, hiss olunacaq dərəcədə mövcud balansı poza bilər. Çünki biz müttəfiqlərimizin hansı sualları olduğunu bilirik və bütün bunlar regiondakı güc balansını təsəvvür etməyə imkan verir”.

Onun sözlərinə görə, digər ölkələrdən olan silah təchizatçılarının bu bazara gəlməsi ilə situasiyanın yüngülləşəcəyinə əminlik yoxdur.

Dağlıq Qarabağ münaqişəsindən danışan D. Medvedev bildirib ki, hər kəs münaqişənin həllini, vəziyyətin dəyişməsini istəyir: “Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsillər qarşısında öz məsuliyyətlərini anlayırlar. Yəni ki, gələcək nəslə dondurulmuş deyil, həll olunmuş münaqişə ötürmək lazımdır. Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti