AŞPA-nın fəxri üzvü: `Azərbaycanı dəstəkləyirik`

AŞPA-nın fəxri üzvü: `Azərbaycanı dəstəkləyirik`
  09 Aprel 2016    Oxunub:1538
Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Elsa Papadimitriou Prezident İlham Əliyeva məktub ünvanlayıb.
Məktubda deyilir: “Son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması bizi ciddi narahat edir. Biz təcavüzkarı pisləyir, Azərbaycanın haqq işini dəstəkləyirik. Azərbaycana dəstəyimizi ifadə etmişik, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması, təcavüzkara beynəlxalq təzyiq göstərilməsi üçün petisiyanı biz də imzalamışıq.

Petisiyada Dağlıq Qarabağda Ermənistanın təcavüzkar əməllərinə son qoyulması barədə Prezident Obamaya müraciət edilib. Bu günlərdə ABŞ-dan, Avropadan, beynəlxalq siyasi forumlardan və akademik dairələrdən olan çox nüfuzlu insanlar Avropa Şurasının üzvü olan iki dövlət arasındakı bu münaqişənin indiki vəziyyətində Azərbaycanı dəstəkləyirlər.

Hörmətli cənab Prezident, icazə verin torpaqları işğal altında olan Azərbaycana və şəxsən sizə güclü dəstəyimi ifadə edim. Azərbaycan tolerant ölkədir və dünyaya öz multikulturalizm mesajlarını göndərir. Bu mesajlar xalqlarımızı daha yaxşı dünyaya aparmaq üçün düşünməyə əsas verir. Bizim qəti mövqeyimiz belədir ki, münaqişənin ədalətli həlli üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi rayonunun işğalına son qoyulmalıdır. Bu yolda Azərbaycana və Sizə əlimizdən gələn dəstəyi verməyə hazırıq. Tam səmimiyyətimlə deyirəm ki, dahi şairiniz Nizami Gəncəvinin yazdıqları mənim yunan əcdadlarımın dünyaya miras qoyduqları dəyərlərlə eynidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti