
Çıxış edənlər Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində insan tələfatı və dağıntılara səbəb olan hadisələri pisləyib, həlak olan azərbaycanlılar üçün kədərləndiklərini ifadə ediblər.
Aksiyada Ermənistan dövlətinin təcavüzkarlıq siyasəti pislənilib, işğalçı dövlət müvafiq beynəlxalq müqavilələrə və hüquq normalarına əməl etməyə çağırılıb.
İştirakçılar Azərbaycan dövlətinə və xalqına dəstək ifadə edib, Türkiyə-Azərbaycan dostluğunun əbədi olacağını dilə gətiriblər.

Qeyd edək ki, TADEF-in təşəbbüsü ilə dünən Kocaelidə də Azərbaycana dəstək mitinqi keçirilib.
AzVision.az