Türkiyədən Naxçıvanın atəşə tutulmasına sərt reaksiya

“Azərbaycan və Türkiyə bu münaqişənin sülh yolu ilə həll ediməsini istəyir. ATƏT-in Minsk qrupu istəsə bu məsələni bir həftədə həll edər. Amma onlar addım atmırlar. Ermənistan Azərbaycan torpaqlarının 20%-i işğal altında saxlayır”.
Çavuşoğlu Ermənistan ordusunun Naxçıvanı atəşə tutmasını çox ciddi pozuntu adladırıb.
O, deyib ki, Ermənistan Naxçıvanı atəşə tutumaqla təxribat axtarışında olduğunu göstərir. “Azərbaycan bu məsələdə çox səbrli davranır”. (Ans)
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında baş verən 4 günlük gərgin döyüşlərdən sonra aprelin 5-də atəşkəs əldə olundu. Amma Ermənistan ordusu razılaşmaya əməl etməyərək, Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərini atəşə tutmuşdu.
Amma Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə qarşı tərəfi susdurmuşdu.
AzVision.az