Hindistanda faciə: 100-dən çox ölən var (Yenilənib)

Hindistanda faciə: 100-dən çox ölən var (Yenilənib)
  10 Aprel 2016    Oxunub:3385
Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.
AzVision.az TASS-a istinadla xəbər verir ki, yanğın nəticəsində 80-dən çox zəvvar ölüb, 250 nəfər yaralanıb.

İlkin məlumata görə Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.

Bildirilir ki, polis fişənglərin partlayış təhlükəsi barədə əvvəllər məbəd əməkdaşlarını çağıraraq ondan istifadəni qadağan edib. Görünür sonradan buna əhəmiyyət verilməyib.

***

Hindistanın Kerala ştatında keçirilən dini mərasim zamanı məbəddə baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 102 nəfərə çatıb. Təxminən 350 nəfərin xəsarət aldığı bildirilir.

RİA Novosti xəbər verir ki, bir çox yaralılar xəstəxanaya aparılarkən yolda keçinib. Yerli mətbuatın yazdığına görə, yanğına atəşfəşanlıq zamanı fişənglərdən birinin pirotexnika anbarının damına düşməsi səbəb olub. Baş verən yanğın və partlayış nəticəsində bina və yaxınlıqdakı tikililər dağılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti