Xəzərin statusu ilə bağlı növbəti görüş

Xəzərin statusu ilə bağlı növbəti görüş
  10 Aprel 2016    Oxunub:1431
Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş cari ilin iyun ayında Tehranda keçiriləcək.
AzVision.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin müavini İbrahim Rəmipur bildirib.

İ. Rəmipur Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar Bakıda keçirilən görüş səmərəli olduğunu, tərəflərin dənizin hüquqi statusunun tam müəyyənləşməsinə qədər görüşləri davam etdirmək qərarına gəldiklərini söyləyib. İran xarici işlər nazirinin müavini qeyd edib ki, bütün tərəflər Xəzərin sülh və əməkdaşlıq dənizi olmasını istəyir və bu istiqamətdə addımlar atırlar: “İyun ayında Tehranda keçiriləcək növbəti görüşdə dənizin hüquqi statusu ilə yanaşı gəmiçilik, balıqçılıq, yüklərin dəniz vasitəsilə tranzit daşınması və digər məsələlər də müzakirə ediləcək”.

Xatırladaq ki, aprelin 5-də Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin Bakıda görüşü keçirilmişdi. Görüşdə Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanın xarici işlər nazirlərinin müavinləri iştirak ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti