`Rusiyasız münaqişələri həll etmək mümkün deyil` - Almaniya XİN

F. V. Ştaynmayer bildirib ki, Rusiyanın iştirakı olmadan hər hansı ciddi beynəlxalq münaqişəni həll etməyin mümkün olmadığı aydındır. Suriya məsələsinə toxunan Almaniyanın xarici işlər naziri qeyd edib ki, bu ilin qalan dövründə Rusiyanın Suriyada münaqişənin həllində konstruktiv rol oynamağa davam etmək niyyətinin olub-olmadığı bilinəcək. O, bugünkü görüşdə Rusiyanın "8-lər" klubuna qayıtmasının müzakirə olunacağını da açıqlayıb.
Teqlər: