TƏCİLİ: Londonda azərbaycanlıların kütləvi aksiyası – FOTO+VİDEO

TƏCİLİ: Londonda azərbaycanlıların kütləvi aksiyası – FOTO+VİDEO
  10 Aprel 2016    Oxunub:15498
Parisdə dinc aksiya keçirən soydaşlarımıza ermənilərin hücumu onları qorxutmayıb. Əksinə, daha da həmrəy edib. Belə ki, azərbaycanlılar Londonda da ölkəmizə dəstək aksiyası keçiriblər.

AzVision.az xəbər verir ki, xeyli sayda azərbaycanlı Dauninq-Stritdə, hökumət evinin qarşısında toplaşaraq, ədalətin bərqərar olmasını, Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsini tələb ediblər. Onların əllərində Azərbaycan bayraqları, “Qarabağ – Azərbaycan torpağıdır”, “Biz Qarabağdanıq”, “Qarabağ – bizim evimizdir” şüarları olub.

Aksiyanın təşkilatçılarından biri, tanınmış hüquqşünas Kamran Balayev Britaniyada yaşayan azərbaycanlıların bu dövləti baş nazirinə müraciətini oxuyub. Müraciətdə deyilir ki, Qarabağ Azərbaycan torpağıdır və Britaniya da daxil olmaqla, beynəlxalq birlik erməni təcavüzünə son qoyulması üçün addımlar atmalıdır.

- Dünən Parisdə azərbaycanlılara olan hücum bir daha göstərdi ki, təcavüzkar kimdir. Amma bizi qorxutmaq mümkün deyil. Biz bu təcavüz haqqında məlumatları bütün Avropadakı parlamentarilərə çatdıracağıq. Biz burada Azərbaycanın müdafiəsi üçün yorulmadan çalışırıq və çalışacağıq,- deyə Kamran Balayev bildirib.

AzVision.az






Teqlər:  





Xəbər lenti