Ermənistan tərəfi cəbhədən 18 meyit götürüb

Qeyd edək ki, bundan öncə 2-5 aprel tarixlərində cəbhədə baş verən hərbi əməliyyatlar zaman döyüş meydanında meyitləri qalan hərbçilərin nəşinin dəyişdirilməsi barədə razılıq əldə olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatınaa görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Bu gün meyitlərin dəyişilməsi prosesində ermənilər yenidən atəşkəsi pozublar.
Dövlət Komissiyası bu barədə ətraflı məlumat yayacağını qeyd edib.
AzVision.az