PKK tərəfdarları azərbaycanlılara hücum edib - VİDEO

Etirazçılarla PKK tərəfdarları arasında qarşıdurma Fransa polisinin müdaxilə etməsi ilə sona çatııb.
Son günlər dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə qarşı yürüşlər keçirirlər. Belə aksiyalardan biri də Parisdə Ermənistan səfirliyinin qarşısında baş tutub. Aksiyaya bu ölkədə yaşayan türklər də qoşulub. Etirazçılar “erməni işğalına son” və “Qarabağ Azərbaycanındır” pankartlarını əllərində tutaraq “Qarabağ bizimdir, bizim qalacaq”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını səsləndiriblər. (Ans)
Teqlər: