Kral Türkiyədə gülləkeçirməz otaqda qalacaq

Kralın qalacağı otel otağı bombaya dayanıqlıdır, şüşələri isə gülləkeçirməzdir. Kralın Ankarada qalacağı Marriott otelində bir həftədir gücləndirilmiş rejimdə hazırlıq işləri aparılır.
Səfərdən öncə kralın əşyaları xüsusi təyyarə ilə Türkiyəyə göndərilib. Kral Salmanı Ankara və İstanbulda müşayiət etmək üçün onlarla Mercedes, BMW və Audi markalı lüks avtomobillər icrəyə götürülüb.
Kralın qaldığı oteldə təhlükəsizlik tədbirləri ilə əlaqədar 300 nəfərlik heyət bir həftə əvvəl Ankaraya gəlib.
Kralın xüsusi qrupu oteldəki işləri tək-tək, ən incə detalına qədər planlaşdırıb.
Gültəkin Ələsgər
AzVision.az
Teqlər: