Brüsseldə Ermənistana qarşı etiraz – FOTOLAR

Brüsseldə Ermənistana qarşı etiraz – FOTOLAR
  11 Aprel 2016    Oxunub:3380
Bu gün Belçikada yaşayan azərbaycanlılar paytaxt Brüsseldə etiraz aksiyası keçirir.
AzVision.az xəbər verir ki, Ermənistan Səfirliyi qarşısında davam edən mitinqdə aksiya iştirakçıları çıxış edərək, Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığını, onminlələ insanın qətlə yetirilməsinə səbəb olduğunu vurğulayırlar.

Aksiyaçılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına etiraz bildirir, münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş qırğın, terror aktları, bir milyondan çox adamın məcburi köçkünə çevrilməsi, və Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması ilə bağlı şüarlar səsləndirirlər.

Hazırda aksiya davam edir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti