Özgecanın qatili həbsxanada öldürüldü

Hadisədən sonra xəstəxanaya yerləşdirilən Ahmetin həyatını xilas etmək mümkün olmayıb.
Ədliyyə Nazirliyi baş vermiş hadisənin araşdırılması üçün müstəntiqlər göndərib. Bu arada xəstəxanada ciddi təhlükəsizlik tədbirləri görülüb.
Hücumda istifadə edilmiş tapançanın 6, 35 millimetr çapında olduğu bildirilir.
Tələbə Özgecan Aslanın böyük ictimai hiddətə səbəb olmuş qətlinə görə Ahmet Suphi Altındöken, onun atası Necmettin Altındöken və dostu Fatih Gökçe sərt rejimli həbsxanada ömürlük həbs cəzasına məhkum edilmişdi. Bu hadisə bütün Türkiyə boyunca misilsiz ictimai rezonans yaratmışdı.
AzVision.az