Ermənilər Azərbaycana görə Putinə müraciət etdi

Ermənilər Azərbaycana görə Putinə müraciət etdi
  12 Aprel 2016    Oxunub:5221
Ermənistan əhalisi Rusiya rəhbərliyinə Azərbaycana silah satışının dayandırılması ilə bağlı imzatoplama kampaniyası keçirir.
Rusiya rəhbərliyinə göndərilən müraciətdə bildirilir ki, Bakıya satıdığı silahlar İrəvana qarşı yönəlir. Müraciətdə rəsmi Moskvanın bəyanatları "hiyləgər bəhanələr" adlandırılır.

"Azərbaycan hərbi əməliyyatlarda Rusiyadan aldığı silahlardan (Mİ-25 helikopterləri, T-90, T-72 tankları və.s) Ermənistana qarşı istifadə edib. Rusiya qəsdən regiondakı müttəfiqinin düşmənini silahlandırır. Bilirsən ki, o satdığın silahlar sənin müttəfiqinə qarşı yönələcək. Onu biznes hesab etmək olar? Bu ən azından “əxlaqsız biznesdir”, - deyə sənədin müəllifləri qeyd edib.

Petisiya Rusiya prezidenti Vladimir Putinə və baş nazir Dmitri Medvedevə ünvanlanıb. Müəlliflər Rusiya rəhbərliyindən Azərbaycanla bundan əvvəlki silah müqavilələrinə xitam verməsini və yeni sazişlərin qadağan edilməsini tələb edirlər.

"Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək".

Cəbhə xəttində baş verən gərginlikdən sonra Ermənistan ordusu qorxuya düşüb. Çünki 4 gün davam edən müharibə zamanı Azərbaycan ordusu Ermənistana qarşı çox müasir silahlardan istifadə edib. Ermənistan prezidenti, baş naziri, müdafiə naziri və digər rəsmi şəxslər Azərbaycan ordusunun müasir silahlarından ağızdolusu danışmağa başladılar.

Qeyd edək ki, Ermənistan prezidenti Almaniya səfəri çərçivəsində bildirmişdi ki, rəsmi Bakıdan fərqli olaraq İrəvan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür: "Azərbaycan modern silahların olduğunu son 3 gündə özünü göstərdi".

Sarkisyan bildirib ki, rəsmi İrəvan Rusiyanın Azərbaycana silah satmasında narahatdır: "Rusiya bizim strateji müttəfiqimizdir. Bizim təhlükəsizliyimiz bir sistem ətrafında birləşib. Təbii ki, Rusiyanın Azərbaycana silah satmasında məmnun deyilik”.

Həmçinin baş nazir Ovik Abramyan Rusiyanı Azərbaycana silah satmamağa çağırıb. “Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu Rusiya tərəfinin daxili işidir”, - deyə Abramyan Gümrüdə çıxış edərək deyib.

Ermənistan həmçinin ötən gün İsrailə Azərbaycana silah satması ilə bağlı nota verib. Bu gün isə İsraildən silah almaqdan imtina edib. Azərbaycan İsrail və Rusiyanın əsas silah alıcılarındandır.

Aprelin 8-də Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək.

“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb.

2015-ci ilin əvvəllərində məlum oldu ki, Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın“Rosoboroneksport” şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək.

Bir müddət əvvəl Rusiya Ermənistana silah alması üçün 200 milyon kredit ayırıb. Kredit üç illik güzəşt dövrü və illik 3 faiz dərəcəsi ilə növbəti 13 il müddətinə ödənilməlidir. Vəsait 2015-2017-ci illər dövründə güzəştlə Rusiya silahlarının alınmasına sərf olunacaq. Azərbaycan tərəfi isə kreditin ayrılmasına görə Rusiyaya etirazı notası bildirmişdi.

Həmin vaxt Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında bildirmişdi ki, Ermənistan Rusiyanın tərəfdaşıdır: “Müqavilə şərtlərinə uyğun olaraq silah satışı davam etdiriləcək”. (Ans)


Teqlər:





Xəbər lenti