Rusiya erməniləri məyus etdi: Silah təklifi rədd edildi

Rusiya erməniləri məyus etdi: Silah təklifi rədd edildi
  12 Aprel 2016    Oxunub:3917
Rusiya Azərbaycan və Ermənistana silah satışını maraqları balanslaşdıraraq həyata keçirir.

AzVision.az-ın RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.

“Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq. Əgər Rusiya bundan əl çəksə, onun yerini ABŞ və başqa ölkələr tutacaq”,- deyə D.Roqozin bildirib.

Raqozin, həmçinin Dağlıq Qarabağda son hadisələri şərh edib: “Artıq aydın olur ki, dondurulmuş münaqişələri nizamlamaq lazımdır. Ona görə ki, bu münaqişələr münaqişələr vaxtaşırı fəallaşır”.

Qeyd edək ki, Ermənistan əhalisi Rusiya rəhbərliyinə Azərbaycana silah satışının dayandırılması ilə bağlı imzatoplama kampaniyası keçirir.

Ermənistan prezidenti Almaniya səfəri çərçivəsində bildirmişdi ki, rəsmi Bakıdan fərqli olaraq İrəvan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür: "Azərbaycan modern silahların olduğunu son 3 gündə özünü göstərdi".

Sarkisyan bildirib ki, rəsmi İrəvan Rusiyanın Azərbaycana silah satmasında narahatdır: "Rusiya bizim strateji müttəfiqimizdir. Bizim təhlükəsizliyimiz bir sistem ətrafında birləşib. Təbii ki, Rusiyanın Azərbaycana silah satmasında məmnun deyilik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti