Sarkisyan Qarabağdakı məğlubiyyətə görə generalları topladı

Sarkisyan Qarabağdakı məğlubiyyətə görə generalları topladı
  12 Aprel 2016    Oxunub:3366
Ermənistan prezidenti Serj Sarkisyan ölkənin Müdafiə Nazirliyində generallarla gizli görüş keçirib.
AzVision.az `News.am-`a istinadən xəbər verir ki, Ermənistan prezidentinə ölkənin silahlı qüvvələrində görülən işlər barədə məruzə təqdim olunub.

Ermənistan prezidenti ordu rəhbərliyinə müvafiq göstərişlər verib. Generallarla gizli toplantıda Qarabağdakı son vəziyyət müzakirə olunub. Cəbhə xəttində ağır məğlubiyyətə düçar olan Sarkisyan ordu rəhbərliyinə buraxılan səhvlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti