Türkiyədən Almaniyaya nota - Ərdoğanı ələ saldılar

Türkiyədən Almaniyaya nota - Ərdoğanı ələ saldılar
  12 Aprel 2016    Oxunub:2988
Türkiyə hökuməti Almaniyanın 2-ci kanalı ZDF-də söylədiyi şeirlə prezident Rəcəb Tayyib Ərdoğanı məsxərəyə qoyan Jan Böhmermann haqqında araşdırma başladılmasını tələb edib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Türkiyənin Almaniyadakı səfirliyinin yaydığı məlumata görə, ötən həftə bu ölkənin Xarici İşlər Nazirliyinə məsələ ilə bağlı nota verilib. Notada Jan Böhmermann haqqında alman qanunlarına uyğun olaraq cinayət işinin qaldırlması tələb edilib.

Almaniya qanunlarına görə, xarici ölkə prezidentlərini təhqir edən şəxslər haqqında cinayət işi qaldırılır ki, bunun üçün ilk növbədə həmin ölkənin müraciət etməsi vacibdir.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert qeyd edib ki, Böhmermann haqqında çinayət işi qaldırılması tələbi ilə Türkiyə səfirliyi rəsmi notanı artıq verib və bir neçə gün ərzində buna da dair qərarlar qəbul ediləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti