Məşhur erməni idmançı Qarabağda öldürülüb - FOTO

Məşhur erməni idmançı Qarabağda öldürülüb - FOTO
  12 Aprel 2016    Oxunub:23931
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmalar zamanı düşmən ölkənin məşhur idmançısı ordumuz tərəfindən məhv edilib.

AzVision.az xəbər verir ki, Qarabağ uğrunda gedən döyüşlərdə məhv edilən erməni hərbçi 19 yaşlı Viktor Yusixoviç güləş üzrə ikiqat Ermənistan çempionu olub.

Viktor Yusixoviç bundan başqa Avropa çempionatında ikinci yer tutub.



Kəşfiyyatçı olan Viktor ailəsi ilə birlikdə Ermənistanın Gümrü şəhərində yaşayırmış. Viktor Talış kəndi (işğal edilmiş) ətrafında gedən döyüşlərdə məhv edilib.

Viktor Yusixoviç Ermənistanda kifayət qədər tanınan idmançı olub.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti